Əsas Səhifə > Hadisə > BAKIDA İKİ AĞIR YOL QƏZASI

BAKIDA İKİ AĞIR YOL QƏZASI


26-07-2013, 10:59
BAKIDA İKİ AĞIR YOL QƏZASI
İyulun 25-də Bakıda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ə.Əliyev küçəsi ilə N.Hacıyev küçəsinin kəsişməsində Eyvazov Nadir Gümüş oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1979-cu il təvəllüdlü Zeynalov Ruslan Saday oğlunun sürdüyü “Wolksfagen Passat” markalı iki avtomobil toqquşub. Nəticədə “Passat” yoldan çıxıb və səkidə dayanmış qadını vurub. 45-50 yaşlı qadın ağır bədən xəsarətləri alıb və hadisə yerindəcə keçinib.

Daha bir ağır yol qəzası Suraxanı rayonunda baş verib. Beton yol kimi tanınan Zığ-aeroport avtobanında “VAZ 2106” markalı avtomobil yüksək sürətlə traktora çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsünü həyat yoldaşı olan 31 yaşlı qadın hadisə yerindəcə keçinib. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Geri qayıt