Əsas Səhifə > Güney Press, Araşdırma > SUMQAYIT SAKİNLƏRİ 1-Cİ XANIMA MÜRACİƏT ETDİ

SUMQAYIT SAKİNLƏRİ 1-Cİ XANIMA MÜRACİƏT ETDİ


25-07-2013, 10:58
SUMQAYIT SAKİNLƏRİ 1-Cİ XANIMA MÜRACİƏT ETDİ
Sumqayıtda Daş bazarının köçürülməsi zəminində sahibkarlarla məmurlar arasında yaşanan qarşıdurma genişlənməkdədir. Bu barədə Moderator.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, artıq bununla bağlı sahibkarlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da müraciət ediblər:
“Daş bazarının köçürülməsi ilə bağlı problemin aktuallaşması sahibkarları yüksək dövlət orqanlarına, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət etmək məcburiyyəti qarşısında qoyub. Dünən M.Əliyevaya müraciət edən sahibkarlar millət vəkilindən problemin həllinə yardımçı olmağı xahiş ediblər.
Sahibkarların bildirdiyinə görə, Daş bazarının şəhərin digər ərazisinə köçürülməsi yalnız və yalnız məmur maraqları ilə bağlıdır. Sahibkarlar iddia edir ki, yerlərdəki bəzi məmurların özbaşınalığı seçki ilində xeyli sayda insanda sosial zəmində ciddi narazılıqlar yaradır ki, bu da milli maraqlar və daxili sabitliyin qorunması baxımından arzuedilməzdir. Mülkiyyətçilər hesab edir ki, məmur harınlığının önlənilməsi xalqın mövcud hakimiyyətə olan inamını daha da artırar və qanunun aliliyi prinsipi ilə bağlı səslənən fikirləri ictimai rəydə möhkəmləndirər”.

Geri qayıt