Əsas Səhifə > Dünya > ÇİNDƏN QIZIL SATIŞINA QADAĞA

ÇİNDƏN QIZIL SATIŞINA QADAĞA


28-12-2011, 12:47
ÇİNDƏN QIZIL SATIŞINA QADAĞA

QIYIQGÖZLÜLƏR YENƏ DƏ HAMINI ÇAŞDIRA BİLDİLƏR

Çin Xalq Bankı ölkədə qızılla ticarəti əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. “Reuters”in xəbərinə görə, bundan sonra qiymətli metal külçələrini yalnız fond birjasında və Şanxaydakı fyuçerslər birjasında satmaq mümkün olacaq.

Bank bu qərarını ölkədə qiymətli metal ticarətini qaydaya salmaq zərurəti, eləcə də qızılla bağlı spekulyasiyaların doğurduğu risklərlə izah edib.

Qeyd edək ki, dünya bazarında qızıla tələbat bu ilin sentyabr ayından kəskin artıb. Buna səbəb qızılın ucuzlaşmağa başlamasıdır. Təkcə 2011-ci ilin III rübündə dünya ölkələrinin mərkəzi bankları 140 ton qızıl alıb ki, bu da son 40 il ərzində rekord göstəricidir.


Geri qayıt