Əsas Səhifə > Güney Press, Araşdırma > HACI İBRAHİMLƏ BAĞLI QALMAQAL BÖYÜYÜR

HACI İBRAHİMLƏ BAĞLI QALMAQAL BÖYÜYÜR


24-07-2013, 17:31
HACI İBRAHİMLƏ BAĞLI QALMAQAL BÖYÜYÜR
Qazax rayonu Aşağı Əskipara kəndindən olan məcburi köçkün, şəhid anası 78 yaşlı Nəsibova Ülkər Abdulla qızı redaksiyamız vasitəsilə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya açıq məktub ünvanlayıb . Məktubda bildirilir ki , "AVESTA" konserninin prezidenti Hacı İbrahim İbrahimli (Nehrəmli) onun bacısı oğlu Elşad Məmmədovu aldadaraq ona məxsus Bakı şəhəri , Abay döngəsi , 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 51 və 52 saylı mənzillərini mənimsəyib.
Məktubda deyilir: “Biz indiyə qədər aidiyyatı qurumlara 500-dən artıq şikayət məktubları ünvanlamışıq.Lakin heç bir nəticəsi olmayıb.Bu məktubu sizə böyük ümidlərlə yazıram . Əvvəlcədən sizin hümanist və ədalətli ana olduğunuza görə minnətdarlıq edirəm. Mənim həyat yoldaşım və oğlum torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olublar. Özüm şəhid ailəsi və məcburi köçkünəm . 78 yaşında ananın fəryadına şərik ol , yetim bacım uşaqlarının səsinə səs ver və haqlarını bərpa etməkdə onlara yardımçı ol . Hal hazırda Qazaxda hərbi şəhərcikdə müvəqqəti sığınacaq tapmışam . Qoca vaxtımda dərdimin üstünə dərd gəlib. Mənim müalicəmi və şəhid oğlumun uşaqlarını saxlayan bacım uşaqları Hacı İbrahim Nehrəmlinin dələduzluğundan küçələrdə qalıblar .
500-dən artıq şikayət məktubu yazmağımıza baxmayaraq məktublarımız nə sizə , nə də cənab Prezidentə çatır . Xahiş edirəm bu məsələ ilə bağlı prokurorluqda cinayət işi açılsın və fırıldaqçı , dələduz Hacı İbrahim Nehrəmli barəsində ölçü götürülsün .
Bacım oğlu Elşad Məmmədov "AVESTA" konserninə daxil olan "HƏSƏN-96" MTK tərəfindən Nəsimi rayonu , Abay döngəsi ,360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin alınması barədə şirkətlə müqavilə bağlayıb . Mənzillərin qiyməti isə müvafiq olaraq 252 və 103 min manat məbləğində müəyyənləşdirilib . "HƏSƏN-96" MTK-nın sədri E.H.Tağıyev tərəfindən imzalanmış maliyyə arayışında qeyd olunur ki , mənzillərin dəyəri tam ödənilib .
Belə çıxır ki ,"KHAZAR İSLAND" layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmlinin nüfuzu bütün rəsmi sənədlərin hüquqi mahiyyətini üstələyir. Zərər çəkmiş isə şikayət etməmiş instansiya qalmayıb. Bir ünvana bəlkə də on dəfə məktub ünvanlanıb. Problemin tezliklə həll olunacağını gözləyən şikayətçi ən azından ödədiyi pulu geri tələb edir.
Siz də anasınız və sizin də balalarınız var . Allah rizası üçün bu işdə bizə yardımçı olun.Xahiş edirəm bizi qəbul edib dinləyəsiniz.”

Geri qayıt