Əsas Səhifə > Cəmiyyət, Manşet > «QUSKA» ARDNŞ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

«QUSKA» ARDNŞ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ


24-07-2013, 16:47
«QUSKA» ARDNŞ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ
KEÇMİŞ DEPUTAT NƏYİ İSTƏYİR?

DİA.AZ: - Məlum odduğu kimi, keçmiş deputat Hüseyn Abdullayev beynəlxalq axtarışa vverilsə də, qarşı tərəf kimi rəsmi ittihamları qəbul etməməklə yanaşı, axtarışa verilməsinin səbəblərinin ona məlum olmadığını da iddia edib. Bu günlərdə mətbuatda Hüseyn Abdullayevin adından yayılan açıqlamada belə deyilirdi və bildirilirdi ki, müalicə məqsədilə Azərbaycanı tərk edən Hüseyn Abdullayevin istintaqdan yayınmaq kimi niyyəti yoxdur.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Hüseyn Abdullayev yaranmış gərginliklə bağlı hakimiyyətlə dil tapmağa çalışır. Hətta bir zamanlar xoş münasibətdə olduğu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə ismarıc da yollayıb.

Mənbənin söylədikləri: «Hüseyn Abdullayevin yaxınları ARDNŞ prezidentinə yaranmış gərginliyin aradan qaldırılması üçün müraciət ediblər. Doğrudur, Rövnəq Abdullayevlə «Quska»nın münasibətləri pisləşmişdi. Amma görünür, köhnə münasibətlərə güvənən sabiq deputat ARDNŞ prezidentinə ağız açmaqla həm də aradakı hüsumata son qoymağı qəsd edib».

Geri qayıt