Əsas Səhifə > Ölkə > KÜTLƏVİ DAVANI TÖRƏDƏN ŞƏXS HƏBS OLUNDU
KÜTLƏVİ DAVANI TÖRƏDƏN ŞƏXS HƏBS OLUNDU28-12-2011, 12:40 |
DAVA SALANLARIN KİMLİKLƏRİ MƏLUM OLDU Azərbaycan paytaxtında kütləvi davada iştirak edən gənclərin adları açıqlanıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, dünən saat 15.00 radələrində paytaxtın Həsən Əliyev küçəsində, “Kral” şadlıq evinin yaxınlığında Bakı şəhər sakinləri Vahid Məmmədov, onun qardaşı Natiq, 22 yaşlı Azər İsmayılov ilə 23 yaşlı İbrahim Yəhyayev, 25 yaşlı Elman Hacıbabayev və 25 yaşlı Orxan Aslanov arasında dava düşüb. Nəticədə Azər İsmayılov bıçaqla 25 yaşlı Elman Hacıbabayev və 22 yaşlı İbrahim Yəhyayevə ağır xəsarətlər yetirib. İ.Yahyayevin xəsarəti ürək nahiyəsindən olduğu üçün onu xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti isə ağır qiymətləndirilir. Hadisəni törədən A. İsmayılov həbs edilib. Geri qayıt |