Əsas Səhifə > Sosial, Manşet > ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN 300 MİNİ NECƏ BATDI?

ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN 300 MİNİ NECƏ BATDI?


24-07-2013, 13:45
ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN 300 MİNİ NECƏ BATDI?
ELŞAD ABDULLAYEVLƏ TƏLƏSKƏN BAZARLIQ MƏMURUN QANINI QARALDIB

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı portalımıza maraqlı bir məlumat daxil olub.

Xatırladaq ki, keçən günlərdə keçmiş rektorun məmurlardan biri ilə şantaj bazarlığına girməsi barədə xəbər vermişdik. DİA.AZ-ın əldə etdiyi son bilgilərdən aydın olur ki, bu hadisənin ictimailəşməsi Elşad Abdullayevə böyük şok effekti yaradıb. Bu barədə tamam kənar bir mənbə bildirib ki, hətta onun bazarına belə böyük maneə yaranıb.

«Elşad Abdullayev təkcə bir məmurla danışıqlar aparmırdı. Eyni vaxtda bir neçə məmura şantaj videoları göndərilmişdi və keçmiş rektor onların hər birindən ictimailəşməmənin qarşılığında yüklü miqdarda pul tələb edirdi. Bu hadisənin mətbuatda işıqlandırılması bazarlığı demək olar ki, pozub».

Mənbəmizin sözlərinə görə, hətta keçmiş rektorla anlaşan məmurlardan biri bu günlərdə verdiyi pula da heyifslənərək yaxın çevrəsinə «Bu, batan gəmi imiş. Nahaq 300 min verdim» deyərək təəssüf hissini də gizlətməyib. Mənbəmizə görə, həmin məmur da Nazirlər Kabinetində yüksək vəzifə tutur.

Geri qayıt