Əsas Səhifə > Şou-biznes > NAZİRDƏN XALQ ARTİSTLƏRİNƏ XƏBƏRDARLIQ

NAZİRDƏN XALQ ARTİSTLƏRİNƏ XƏBƏRDARLIQ


28-12-2011, 12:33
NAZİRDƏN XALQ ARTİSTLƏRİNƏ XƏBƏRDARLIQ

ƏBÜLFƏS QARAYEV ONLARI NİZAM-İNTİZAMA DƏVƏT ETDİ

Azərbaycanın mədəniyyət və turizm naziri aktyorları nizam-intizamlı olmağa çağırıb.

"Hər bir teatr xadimi böyük kollektivin üzvüdür. Və onun əməkdar, xalq artisti olmağından asılı olmayaraq, o, teatrın müəyyənləşdirdiyi nizam-intizam qaydalarına əməl etməlidir", - Trend-in məlumatına görə, Azərbaycan Dövlət Dram Teatrının aktyorları Rafael Dadaşov, Ramiz Novruz və Məleykə Əsədovanın məşqə gecikdiklərinə görə ciddi xəbərdarlıq almalarına münasibət bildirərəkən nazir Əbülfəs Qarayev çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, teatr kollektivlərinin tərkibində müəyyən dəyişikliklər edilir, həmçinin intizamın gücləndirilməsi üzrə işlər görülür.

Geri qayıt