Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: RUSLAR AZƏRBAYCANA QADAĞA QOYUR

ŞOK: RUSLAR AZƏRBAYCANA QADAĞA QOYUR


24-07-2013, 13:27
ŞOK: RUSLAR AZƏRBAYCANA QADAĞA QOYUR
KREML ÖLKƏMİZƏ SİLAH SATIŞINI DAYANDIRA BİLƏR: GƏRGİNLİK VAR

DİA.AZ: - «Kreml Azərbaycana təzyiqlərini daha da artırmağı düşünür». Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki bilgili qaynaq ötürüb. Mənbənin iddialarına görə, hətta bu müstəvidə ruslar Azərbaycanla silah alış-verişi məsələsinə də əl gəzdirə bilərlər.

Mənbənin söylədikləri: «Məlumdur ki, Azərbaycan özünün əsas silah ehtiyyatını məhz Rusiyadan alınan arsenala formalaşdırır. Və təsadüfi deyil ki, bu gün ölkəmiz Rusiyanın ən çox silah satdığı ölkələr sırasında beşinci yerdə qərarlaşıb. Doğrudur, Rusiyanın belə biri imtina qərarını verməsi, yəni Azərbaycana silah satılmasına embarqo qoyma təşəbbüsləri Kremlin iqtisadi maraqlarına uyğun deyil. Ən azından Azərbaycan ruslar üçün varlı bir müştəridir. Amma ümumi planda Rusiya üçün iqtisadi maraqlar heç də əhəmiyyət daşımadığından - ən azından bu məsələdə - Kreml belə bir qadağaya baxa bilər».

Mənbəmiz iddia edir ki, belə bir təşəbbüslə Kremldəki ermənipərəst qüvvələr çıxış edib: «Onlar Bakı ilə Moskva arasındakı sərinlikdən istifadə edərək Azərbaycana silah satışına qadağanın qoyulmasını təklif ediblər. Hələlik bu ideya təklif formasındadır. Amma reallaşma ehtimalları da yüksəkdir ki, bu da seçkiqabağı ərəfədə gözlənilir».

Geri qayıt