Əsas Səhifə > Dünya > SURİYADA QƏTLİAM DAVAM EDİR

SURİYADA QƏTLİAM DAVAM EDİR


24-07-2013, 12:33
SURİYADA QƏTLİAM DAVAM EDİR
Suriyada müxalifət qüvvələri Hələbin Xanul-əsəl rayonunu tamamilə nəzarətə aldıqlarını bildiriblər.

SalamNews-un "Əlcəzirə" telekanalına istinadla verdiyi xəbərə görə, Suriyanın insan hüquqları üzrə agentliyi son sutka ərzində qarşıdurmalarda 85 nəfərin öldüyünü bildirib. Onların əksəriyyəti İdlib və Dəməşqətrafı əyalətdə gedən döyüşlərdə həlak olublar.

Yerli fəalların məlumatına görə, hökumət ordusunun helikopterləri ər-Riqqə əyalətinin ət-Təbəqə şəhərinə partlayıcılarla dolu kapsullar atıblar. Ölən və yaralananların olduğu bildirilir.

Hökumət ordusu müxalifət silahlıların paytaxtın Səqba, Həcərul-Əsvəd və Qabun, Dəməşqətrafı əyalətin Mudəmiyyət-Şam, Humsun Rəstən, İdlibin Səraqib və Sərmil rayonlarındakı mövqe və sığınacaqlarını aviazərbələr, ağır top və tanklardan hədəfə alıb.

Bu arada müxalifət silahlıları bildirilər ki, onlar indi Hələb əyalətinin 90 faizini nəzarətə altına alıblar.

Böyük Britaniyanın BMT nümayəndəliyinin yaydığı xəbərə görə, BMT Təhlükəsizlik Şurası Suriya müxalifətinin koalisyası ilə birgə iclas keçirəcək. Amma toplantıda müxalifətin hərbi şurasının sədri Səlim İdrisin yer almayacağı bildirilib.

Geri qayıt