Əsas Səhifə > Şou-biznes > DEYİRLƏR TOY OLACAQ...

DEYİRLƏR TOY OLACAQ...


24-07-2013, 11:32
DEYİRLƏR TOY OLACAQ...
Meyxanaçı Namiq Qaraçuxurlu özünə iki gün toy edəcək.

Axşam.az-ın məlumatına görə, o, bu haqda ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında deyib.

Sənətçi artıq özünü subay hiss etmir:

“Toy hazırlıqlarına başlamışam. Təkcə siyahını yazmaq üçün mənə dörd-beş ay vaxt lazımdır. Yazıram, baxıram kimsə yaddan çıxıb əlavə edirəm. Nəticə çox adam olduğunu görüb, iki toy etmək qərarına gəldim. Kişi və qadın toyu olacaq. Şəxsi həyatla bağlı çox danışmaq istəmirəm. Amma onu deyim ki, Namiq artıq subay deyil”.

Geri qayıt