Əsas Səhifə > Cəmiyyət, Manşet > GÖMRÜKDƏ MÜNASİBƏTLƏR YENİDƏN GƏRİLİB

GÖMRÜKDƏ MÜNASİBƏTLƏR YENİDƏN GƏRİLİB


23-07-2013, 17:19
GÖMRÜKDƏ MÜNASİBƏTLƏR YENİDƏN GƏRİLİB
AYDIN ƏLİYEV «DONOSÇU»NU TAPIB

DİA.AZ: - «Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev işçilərindən şübhələnməyə başlayıb». Bu məlumatı DİA.AZ-a verən mənbə bildirir ki, Astara gömrük idarəsinin rəisi, «Rokfeller» ləqəbli Hikmət Məmmədovla uzun müddətdir ədavətdə olan Aydın Əliyevin səbr kasası daşmaq üzərədir.

Bildirək ki, Aydın Əliyev DGK-ya rəhbər olsa da, hələ də qeyd olunan şəbəkə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarəti altında olduğundan kadr siyasətini də FHN şefi müəyyənləşdirir. Məhz buna görə də Aydın Əliyevin bu kimi dəyişikliklərdə iradə nümayiş etdirməsi heç nəyi dəyişmir.

Mənbənin sözlərinə görə, Aydın Əliyevlə bağlı son günlər mətbuatda tənqidi ruhlu materialların artması ilə bağlı aparılan araşdırmalar zamanı da bu işdə maraqlı tərəf kimi Hikmət Məmmədovun adının ortaya çıxması gömrükdəki qalmaqallı münasibətləri yenidən gündəmə daşıyıb.

Mənbənin söylədikləri: «Məlum olub ki, Hikmət Məmmədov davamlı şəkildə media quruluşlarından birini məhz Aydın Əliyevə qarşı kökləməklə məşğuldur. Buna görə də jurnalistlərdən birinə hətta 5 min manatlıq aylıq büdcə də ayırıb».

Məhz bu kimi faktların tam olaraq sübuta yetiriləcəyi şəraitində Aydın Əliyevin əlindəki dəlillərlə Hikmət Məmmədovu bitirmə ehtimallarının da yüksək olduğu söylənilir. Hər halda, FHN şefi gömrükdən «donos» ötürənləri bağışlamaz….

Geri qayıt