Əsas Səhifə > Ölkə, Manşet > MİKAYIL CABBAROV İKİ İŞÇİSİNİ HƏDƏFƏ ÇEVİRDİ

MİKAYIL CABBAROV İKİ İŞÇİSİNİ HƏDƏFƏ ÇEVİRDİ


23-07-2013, 15:27
MİKAYIL CABBAROV İKİ İŞÇİSİNİ HƏDƏFƏ ÇEVİRDİ
ONLARI ARAŞDIRACAQLAR

DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarov nazirliyin iki yüksək ranqlı əməkdaşı ilə bağlı şübhələndiyi məqamları hüquq-mühafizə orqanlarına, həmçinin hesablama palatasına xüsusi sorğusu ilə göndərib. Bu ilginc məlumatı DİA.AZ-a TN-dəyi qaynaqlar ötürüb.

Mənbə bildirir ki, Mikayıl Cabbarov Misir Mərdanovdan qalma nazirliyin iki yüksək vəzifəli şəxsi ilə bağlı az qala gəldiyi ilk gündən bəri araşdırmalara başlatdırıb:

«Hər iki məmurun adı böyük yeyintidə hallandığından bu məsələnin həm də Hesablama Palatası tərəfindən də araşdırılmasına ehtiyac var».

Təbii ki, belə bir yoxlama istəyi nazirin daha sərt addımları atması üçün tədarük kimi də qiymətləndirilə bilər.

Geri qayıt