Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ HƏSƏNOV SUBAY ADAMA 3 OTAQLI EV VERDİRİB

ƏLİ HƏSƏNOV SUBAY ADAMA 3 OTAQLI EV VERDİRİB


23-07-2013, 14:42
ƏLİ HƏSƏNOV SUBAY ADAMA 3 OTAQLI EV VERDİRİB
PREZİDENTƏ ŞİKAYƏT OLUNDU

DİA.AZ: - Bir qrup jurnalist tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. DİA.AZ olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:

“Cənab Prezident! Sizin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamınız uzun illərdir kirayə həyatı yaşayan biz jurnalistlərdə böyük ümid yaratmışdı. Yeni mənzillər hazır olduqdan sonra onların ilk növbədə evi olmayan, kirayə mənzillərdə yaşayan jurnalistlərə veriləcəyi bildirilirdi.

Lakin bu gün yeni mənzil alan jurnalistlərin siyahısı açıqlananda dəhşətli mənzərənin şahidi olduq. Jurnalistlər üçün nəzərdə tutulan binada ev alanların 80-85 faizi evi olan baş redaktor və jurnalistlərdir. Hətta bəziləri bu mənzilləri jurnalist kimi fəaliyyət göstərməyən övladları üçün aldıqlarını belə gizlətmirlər. Digər tərəfdən, siyahıda hətta bir deputatın və onun qardaşının da evlə təmin olunması diqqətimizdən yayınmadı.

Cənab Prezident! Mənzilə ehtiyacı olan jurnalistlərin yeni mənzillə təmin olunması haqqında sərəncamınızı və bu istiqamətdə davamlı addımlarınızı yüksək qiymətləndirməklə yanaşı, bu prosesin şəffaf və ədalətli aparılmamasından hədsiz narazıyıq. Belə ki, 35-ə yaxın baş redaktor mənzillə təmin olunub ki, onların hamısının mənzili və digər şəraitləri var.

Bizlər - bu müraciətə imza atanlar uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstəririk və mənzilə, ev alanların böyük əksəriyyətindən daha çox ehtiyacımız var. Uzun illərdir mənzil problemini həll edə bilməmişik.

Cənab Prezident! Xahiş edirik ki, jurnalistlər üçün ayrılan mənzillərin bölüşdürülməsi zamanı baş verən ədalətsizliklərin araşdırılmasını nəzarətə götürə və ədalətin bərpa olunmasına yardımçı olasınız. Ümid edirik ki, Sizin şəxsi nəzarətinizlə həm iyulun 22-də baş verən ədalətsizliklər araşdırılacaq, həm də jurnalistlərin pozulan haqqı bərpa ediləcək.
Əvvəlcədən minnətdarlığımızı bildiririk!”

İmza:
1. Zahid Nurəliyev- Teleqraf.Com saytının redaktoru
2. Bəxtiyar Əlirzayev - Publika.Az portalının redaktoru
3. Azər Hüseynbala - "Gündəlik Teleqraf" qəzetinin baş redaktorunun birinci müavini
4. Fazil Əhməd, «Reytinq» qəzetinin baş redaktor müavini, mia.az-ın baş direktor müavini.
5. Aygün Muradxanlı – “Yeni Müsavat”
6. Səxavət Həmid – jurnalist
7. Röya Rəfiyeva – “Yeni Müsavat”
8. Fariz Quliyev
9. Məhəmməd Ərsoy “Dünya” İnformasiya Agentliyinin (dia.az) baş redaktoru
10. Razi Abasbəyli – “gundeminfo.az” portalının baş redaktoru

Geri qayıt