Əsas Səhifə > Şou-biznes > 72 YAŞLI ECAZKAR SƏS...

72 YAŞLI ECAZKAR SƏS...


23-07-2013, 13:49
72 YAŞLI ECAZKAR SƏS...
Bu gün xalq artisti Flora Kərimovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənni 1941-ci il iyulun 23-də Bakıda anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu (1964), Tibb Universitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Repertuarında Azərbaycan bəstəkarlarının - Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və başqalarının mahnıları başlıca yer tutur. Opera və Balet Teatrında Leyli obrazı ilə "Leyli və Məcnun" partiyasında çıxış edib. "Qanun naminə" (1968) bədii filmində çəkilib.

Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

Geri qayıt