Əsas Səhifə > Dünya > RUHANİ DƏ ƏNƏNƏNİ POZMADI

RUHANİ DƏ ƏNƏNƏNİ POZMADI


23-07-2013, 13:20
RUHANİ DƏ ƏNƏNƏNİ POZMADI
TEHRANDAN VAŞİNQTONA DƏVƏT GÖNDƏRİLMƏYİB

FaktXəbər-in verdiyi məlumata görə, İranda yeni seçilmiş prezident Həsən Ruhaninin inauqurasiya mərasiminə ABŞ prezidenti Barak Obamanın dəvət olunması xəbəri təsdiqini tapmayıb. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi həfətlik mətbuat birifinqində bildirib ki, yeni prezidentin andiçmə mərasiminə ABŞ və ölkə olaraq varlığı qəbul edilməyən sionist İsrail rejimindən başqa bütün ölkələr dəvət edilib.

Qeyd edək ki, bir müddət əvvəl dünya mediasında İran və ABŞ arasında münasibətlərin yaxşılaşması və hətta rəsmi Tehranın Ağ Ev başçısına dəvət göndərməsi də iddia olunmuşdu.

Geri qayıt