Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDİN QOŞUNLARI İRƏLİLƏYİR

BƏŞƏR ƏSƏDİN QOŞUNLARI İRƏLİLƏYİR


23-07-2013, 13:19
BƏŞƏR ƏSƏDİN QOŞUNLARI İRƏLİLƏYİR
HÖKUMƏT QÜVVƏLƏRİNİN DAHA BİR UĞURU

Üsyançılar Hələbətrafı bölgələrdə nəzarəti gücləndiriblər.

SalamNews-un Suriya dövləti xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, hökumət qüvvələrin paytaxt və Dəməşqətrafı əyalətdə apardıqları əməliyyatlar davam edir. Mənbə bildirir ki, Dəməşqin Yərmuk rayonunda hakimiyyətə tərəfdar olan fələstinli qruplaşmalar müxalifət silahlılarının rayonun qərb nahiyəinə tərəf sıxışdırıblar.

əl-Cəzirə telekanalının məluatına əsasən, Hələbin qərbində yerləşən Xanul-əsəl rayonu müxalifət silahlılarının nəzarətinə keçdikdən sonra hakimiyyət qüvvələrinin Hələbdəki mövqelərə silahın və azuqənin çatdırılması prosesi çətinləşib. Müxalifət mənbələri bildirir ki, Xanul-əsəl rayonu hakimiyyətin Hələbin qərbində olan son mövqeyi idi.

İdlib əyalətinin Qirmid rayonunda isə müxalifət silahlıları hakimiyyətin Qirmid hərbi bazasını və hakimiyyətin digər mövqelərini hədəfə alıblar.

Qarşıdurmalar Dəra, Hums, Dəməşqətrafı, Həsəkə viyalətlərində də davam edib.

Geri qayıt