Əsas Səhifə > Gündəm, Manşet > HÜSEYN ABDULLAYEVİN GÖMRÜK PROBLEMİ

HÜSEYN ABDULLAYEVİN GÖMRÜK PROBLEMİ


28-12-2011, 11:46
HÜSEYN ABDULLAYEVİN GÖMRÜK PROBLEMİ

NAZİR KEÇMİŞ DEPUTATIN SÖZÜNÜ YERƏ SALDI

DİA.AZ: - Keçmiş millət vəkili və keçmiş məhbus Hüseyn Abdullayevin başından problemlər əskik olmur. Bildirək ki, zamanında mazut biznesi ilə məşğul olub külli miqdarda gəlir əldə edən Hüseyn Abdullayev cəmiyyət arasında «Quska» kimi də tanınır.

2007-ci ilin 16 Mart hadisələri zamanı həbs olunan və azadlığa çıxandan sonra daha çox bəstəkarlıqla məşğul olan Hüseyn Abdullayev vaxtının böyük hissəsini biznes fəaliyyətinə ayırır. Amma deyəsən, burada da dincliyi yxdur.

Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə vurğulayır ki, son günlər Hüseyn Abdullayevə gömrük orqanları tərəfindən süni problemlər yaradılır. Mənbənin «Dünya» İnformasiya Agentliyinə (dia.az) söylədikləri:

«Hüseyn müəllim Türkiyə ilə sıx biznes əlaqələrindədir və bu günlərdə onun dostluq etdiyi türkiyəli iş adamlarından birinin Azərbaycan gömrüyündə işi olub. Və bu məqsədlə keçmiş deputat DGK rəhbərliyinə və hətta Kəmaləddin Heydərova qədər gedib çıxsa da, problemi həll edə bilməyib».

Mənbə bildirir ki, fövqəladə hallar naziri də Hüseyn Abdullayevin sözünü yerə salıb: «Söhbət təxminən 500 min dollarlıq malın keçidindən gedirdi. Amma keçmiş deputat buna nail ola bilməyib. Bu isə onun üçün bir siqnal rolunu oynayıb. Hər halda, zamanında mərhum prezident Heydər Əliyevə yaxın bir şəxs olmuş Hüseyn Abdullayev həbsdən çıxandan sonra da bu şəkildə total təcridlərə məruz qalmamışdı».


Geri qayıt