Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞİRVAN SAKİNLƏRİ NƏDƏN BORCLU HALA SALINIR?

ŞİRVAN SAKİNLƏRİ NƏDƏN BORCLU HALA SALINIR?


19-07-2013, 14:01
ŞİRVAN SAKİNLƏRİ NƏDƏN BORCLU HALA SALINIR?
QAZ İDARƏSİNİN ÖZBAŞINALIĞI

DİA.AZ: - Şirvan şəhər Qaz İdarəsi vətəndaşlardan qanunsuz pul yığır. Bu barədə DİA.AZ-a şəhər sakinləri məlumat verib. Məlumata görə, idarə müdiri vətəndaşların silinmiş borclarını əhalidən yenidən tələb edir. Sakinlərin sözlərinə görə, silinmiş borclar idarə müditri tərəfindən müxtəlif yollarla qanunsuz hesablanır və abonentlərə göndərilir:

“Prezident İlham Əliyevin 28 dekabr 2009-cu il tarixli fərmanı ilə İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinib. Fərmandan sonra əhali bu barədə məlumatlandırılsa da, Şirvan şəhər Qaz İdarəsinin rəhbərliyi həmin borcları silinmədən saxlayıb. 3 il sonra isə həmin borclar vətəndaşların mənzillərinə göndərilir və onlardan həmin məbləğin ödənilməsi tələb olunur. Artıq şəhər sakinlərinin əksəriyyətinə bu cür qanunsuz borclar barədə bildirişlər göndərilir və həmin məbləği ödəmək üçün onlara 10 gün vaxt verilir. Bu müddətə qədər həmin məbləği ödəməyən və bu qanunsuzluğa etirazını bildirən ailələrə qarşı təzyiqlər edilir. Qaz İdarəsinin müdiri həmin mənzillərə mavi yanacağın verilməsini dayandırır, onlaras müxtəlif yollarla hədə-qorxular gəlir. Artıq şəhər əhalisi idarə müdirinin bu qanunsuzluqlarından bezib”.

Sakinlər deyirlər ki, qaz idarəsinin rəisi istədiyi mənzilə istənilən qədər borc yazaraq abonentdən həmin məbləği tələb edir. Artıq onlarla abonent təzyiqlərə dözməyib həmin məbləği ödəyib: “Məsələn, elə ailələr var ki, ona 155 manat, bəzilərinə 200 manat, 300 manat borc yazılıb. Bu borcun haradan əmələ gəldiyi isə məlum deyil. Vətəndaşlar vaxtında qaz pulunu ödəməsinə baxmayaraq idarə müdiri həmin abonentlərə də qanunsuz borc yazır və mənzilə bildiriş göndərir. Bu azmış kimi, idarə rəisi vətəndaşların guya borcları olması barədə saxta aktlar da tərtib edir. Vətəndaşın məlumatı olmadan onun adına akt tərtib edirlər və mənzil sahibinin adından akt saxta imzalanır”.

Onu da qeyd edək ki, az əvvəl anoloji durumun Ağdaş rayonunda da yaşanması barədə xəbər vermişdik.

Geri qayıt