Əsas Səhifə > Hadisə > XOŞQƏDƏM HİDAYƏTQIZININ AİLƏSİNDƏ BÖYÜK FACİƏ

XOŞQƏDƏM HİDAYƏTQIZININ AİLƏSİNDƏ BÖYÜK FACİƏ


19-07-2013, 12:35
XOŞQƏDƏM HİDAYƏTQIZININ AİLƏSİNDƏ BÖYÜK FACİƏ
İyulun 18-də İsmayıllı rayonunda baş vermiş faciəvi hadisənin təfərrüatları və ölən yeniyetmələrin adları məlum olub. İsmayıllı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Gəraybəyli kənd sakinləri 13 yaşlı Hakim Mustafayev və 14 yaşlı Bəxtiyar Alıyev Girdiman çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılıb və ailələrinə verilib. Yeniyetmələr dəfn edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, ölən hər iki uşaq tanınmış teleaparıcı Xoşqədəm Hidaytətqızının yaxın qohumlarıdır. Uşaqlardan biri aparıcının bacısının, digər isə qardaşını oğludur. Məlumata görə, yeniyetmələr öz dayıları ilə kənd yaxınlığındakı anbara buğda almağa gediblər. Ordan qayıdarkən uşaqlar çayda çimərək sərinləmək istəyiblər. Bu zaman onlardan biri boğulub. Həmin uşağı xilas etmək istəyən digəri də suda boğularaq ölüb.


Geri qayıt