Əsas Səhifə > Siyasət, Manşet > GENERAL QOHUMUNDAN NAZİRƏ HƏDƏLƏR

GENERAL QOHUMUNDAN NAZİRƏ HƏDƏLƏR


19-07-2013, 12:18
GENERAL QOHUMUNDAN NAZİRƏ HƏDƏLƏR
ROBERT ƏYYUBOV ANAR MƏMMƏDOVU NƏDƏN TƏRBİYƏLƏNDİRMƏK İSTƏYİR

DİA.AZ: - Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov nəqliyyat naziri Ziya Məmmədovu təşvişə salıb. Xatırladaq ki, illərdir Robert Əyyubov NN şefini qaralayıb və əlinə düşən fürsətdəcə Ziya Məmmədova həyəcanlı anlar yaşadır. DİA.AZ-a daxil olan məlumata görə, Robert Əyyubov bir neçə gün əvvəl Ziya Məmmədova yenidən söz göndərib.

Mənbə iddia edir ki, Robert Əyyubov naziri rəsmən hədələyib: «Onun adınjdan Ziya Məmmədova çatdırıblar ki, oğlu son zamanlar ayrı-ayrı yerlərdə kef məclislərində görünməyə başlayıb ki, bu da Robert Əyyubovun xoşuna gəlmir. Və əgər Anar Məmmədov özünə yığışmazsa, o zaman Robert Əyyubov tərəfindən şillələnəcək».

Mənbənin sözlərinə görə, Robert Əyyubovun adından nazirə o da çatdırılıb ki, generalın qohumu guya Anar Məmmədovu tərbiyələndirmək fikrindədir: «Nazirə deyilib ki, məqsəd tərğiyələndirməkdir. Və əgər atası müdaxilə etmirsə, iş Robert Əyyubova qalır».

Geri qayıt