Əsas Səhifə > Dünya > SNOUDEN ABŞ-A DƏRS OLDU

SNOUDEN ABŞ-A DƏRS OLDU


19-07-2013, 11:46
SNOUDEN ABŞ-A DƏRS OLDU
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) fəaliyyəti keçmiş əməkdaşı Edvard Snouden tərəfindən ifşa edildikdən sonra məlumatların gizli saxlanması üzrə yeni tədbirlər görüb.

SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü Associated Press agentliyi məlumat yayıb.

Pentaqon rəhbərinin müavini Eşton Karter Koloradoda keçirilən Təhlükəsizlik məsələləri üzrə forumda çıxışı zamanı bildirib ki, indi sistem administratorları (Snouden idarədə bu vəzifəni daşıyıb) məxfi məlumatlara giriş zamanı həmkarlarının iştirakı ilə çalışmaq məcburiyyətində olacaqlar.

Bundan əlavə, E.Karter bildirib ki, hazırda mərkəzləşdirilmiş xarakter daşıyan məlumatların gizli saxlanma siyasətinə yenidən baxılacaq: "Kəşfiyyat icmasına məlumatları bölüşmək imkanı vermək cəhdi xeyli sayda məlumatın bir yerdə toplanmasına səbəb oldu. Bu, səhv idi."

MTA rəhbəri, general Kit Aleksander məsələ ilə bağlı qeyd edib ki, Snouden sızdırdığı məlumatın böyük hissəsini MTA-nın digər xüsusi xidmətlərə məlumat ötürülməsi üçün nəzərdə tutulan daxili saytından əldə edib.


Geri qayıt