Əsas Səhifə > Cəmiyyət > “TƏMİZ DÜNYA” HESABAT VERDİ

“TƏMİZ DÜNYA” HESABAT VERDİ


26-12-2011, 14:37
“TƏMİZ DÜNYA” HESABAT VERDİ

QURUM DİGƏR HƏMKARLARINA DA MƏSLƏHƏT VERDİ

DİA.AZ: - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi hər zamankı kimi şəffaflığın qorunması üçün mətbuata hesabat xarakterli açıqlamaları ilə digər qeyri-hökümət təşkilatlarından seçilir.

Hər ay mətbuata verilən açıqlamaların toplusu olaraq illik görülmüş işlərlə bağlı hesabatı təqdim edirik:

Təşkilat il ərzində 85 ailədaxili zorakılıq, 27 insan alveri qurbanına 75 potensial qurbana yardım göstərmişdir. Qaynar xətt vasitəsi ilə 779 nəfərə hüquqi məsləhət, 812 nəfərə digər məsələlərdə məsləhət verilmişdir. 32 ailədaxili zorakılıq qurbanının, 10 insan alveri qurbanının məhkəmədə hüquqları müdafiə olunmuşdur. 44 nəfərə alimentin alınmasında hüquqi yardım göstərilmiş, 6 insan alveri qurbanına konpensasiyanın alınması təmin olunmuşdur. 3 vətəndaşa isə Atalığın müəyyən olunmasında köməklik göstərilmiş, 48 nəfərə şəxsiyyəti təsdiq edən vəsiqənin alınması təmin olunmuşdur.

Hüquqi yardımla yanaşı təşkilat eyni zamanda müraciət etmiş vətəndaşlara psixoloji yardım da göstərilir. İl ərzində 175 ailədaxili zorakılıq qurbanı və 27 insan alveri qurbanı psixoloji yardım almışdır.

Eyni zamanda 33 insan alveri qurbanı, 38 potensial qurban, 10 ailədaxili zorakılıq qurbanı tibbi yardımla təmin olunmuşdur.

Yaşayış yeri olmayan, müvəqqəti sığınacağa ehtiyacı olan insanlara sığınacaq yardımı göstərilmişdir ki, bunlar da aşağıdakılardır : İl ərzində 29 insan alveri qurbanı , 32 ailədaxili zorakılıq qurbanı, 1 miqrant, 36 potensial qurban sığınacaqla təmin olunmuşdur. 16 nəfər işlə təmin olunmuş, 1765 nəfər(uşaqlar da daxil olmaqla) geyimlə təmin olunmuşdur. Polis Akademiyası, Həmkarlar İttifaqı Konfederasiyası, həssas qruplar, tibb işçiləri, QHT- lər (regionlar da daxil olmaqla), evdar qadınlar( regionlar da daxil olmaqla) ümumilikdə 5000 aksiya, küçə tədbirləri və seminarlar keçirilmişdir.

Biz “Təmiz Dünya” Qadınlara Yardım İctimai birliyinin kollektivi olaraq digər təşkilatları da mətbuata açıq olmağı, ardıcıl olaraq hesabat verməyi tövsiyyə edirik.


Geri qayıt