Əsas Səhifə > Partiya > SURƏT HÜSEYNOV HƏDƏFDƏ
SURƏT HÜSEYNOV HƏDƏFDƏ18-07-2013, 14:11 |
Azərbaycanın sabiq baş naziri Surət Hüseynovdan Azərbaycanı uzun müddətli tərk etmək tələb olunub. Bu barədə Moderator.az-a Surət Hüseynovun yaxınları məlumat verib. Məlumatda bildirilir ki, həm Rusiya, həm də Gəncə şəhərində yaşayan Surət Hüseynov son zamanlar ciddi təqib və təzyiqlərə məruz qalır. Xəbərdə bildirilir ki, Surət Hüseynovdan seçkilər bitənədək ölkəyə gəlməməsi ilə bağlı ismaric göndərilib. Ancaq Surət Hüseynovun bu tələbə reaksiyası sərt olub. İstədiyi zaman xaricə gedəcəyini və istədiyi zaman da öz ölkəsinə gələcəyini bəyan edib. Qeyd edək ki, hələ bir neçə ay əvvəl Surət Hüseynovun oğlu ictimai yerdə xuliqanlıqda ittiham olunaraq, bir neçə sutka həbs olunmuşdu. Həmin zaman Surət Hüseynov bunu ona qarşı siyasi təzyiqin tərkib hissəsi kimi dəyərləndirmişdi. Sabiq baş nazir bildirmişdi ki, bu olay onun ölkədən getməsi üçündür. Geri qayıt |