Əsas Səhifə > Ölkə, Manşet > AĞSU PADŞAHININ XANƏDANI NƏDƏN ÇÖKMƏK ÜZƏRƏDİR

AĞSU PADŞAHININ XANƏDANI NƏDƏN ÇÖKMƏK ÜZƏRƏDİR


18-07-2013, 12:28
AĞSU PADŞAHININ XANƏDANI NƏDƏN ÇÖKMƏK ÜZƏRƏDİR
RƏY SORĞUSU ONU İFŞA EDİB

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, artıq Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə bağlı qərar verilib. Dövlət Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümovun öz qohumunu vəzifə başında qoruya bilmədiyi söylənilən məlumatda o da qeyd olunurdu ki, Ənvər Seyidəliyev yaxın günlərdə vəzifəsindən alınacaq.

İndi isə DİA.AZ-a Ənvər Seyidəliyevin vəzifədən çıxarılması qərarının verilməsinə nədən olan hadisə barədə məlumatlar daxil olub. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki bilgili qaynaq iddia edir ki, Ənvər Seyidəliyev rayondakı ictimai-siyasi duruma görə hədəfə çevrilib.

Xatırladaq ki, bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri mətbuata verdikləri açıqlamalarında bildirmişdilər ki, bu gün cəmi 4 faiz seçici hüququ olan Azərbaycan vətəndaşı hazırki prezident İlham Əliyevin əleyhinə səs verəcək, yerdə qalanlar İlham Əliyevi dəstəkləyir.

Məlumatlı mənbə iddia edir ki, son iki ay ərzində Azərbaycanın ayrı-ayrı bölgələrində hakimiyyət tərəfindən məxfi qaydada ictimai rəy öyrənilib və bu rəyə görə, hakimiyyət hansı rayonda hakimiyyətin reytinqinin nə qədər olduğunu müəyyənləşdirib. Bildirək ki, bu barədə redaksiyamıza xeyli sayda informasiyalar daxil olduğundan daha ətraflı yaxın günlərdə faktları diqqətinizə çatdıracağıq.

Hələliksə… Ağsu ilə bağlı məqama gələk. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, bu güni YAP-ın reytinqinin ən aşağı olduğu rayonlardan biri məhz Ağsudur ki, bu səbəbdən də Ənvər Seyidəliyev ciddi şəkildə yuxarıların tənbehinə tuş gəlib, həmçinin adı «vurulacaqlar» siyahısına daxil edilib. Belə bir şəraitdə isə Səlim Müslümov da qohumunu müdafiə imkanında məhrum olub. Hər halda, yerli sakinləri hakimiyyətə qarşı çevirən Ağsudakı məmur özbaşınalığının arxasında dayanan tək əsas isim Ənvər Seyidəliyevdir. Yəni sorumlu o olduğundan, onunla haqq-hesab çəkiləcək.

Geri qayıt