Əsas Səhifə > Gündəm, Manşet > «QUSKA»NIN HƏBSİ ÜÇÜN BERLİNƏ XÜSUSİ QRUP GEDİB

«QUSKA»NIN HƏBSİ ÜÇÜN BERLİNƏ XÜSUSİ QRUP GEDİB


18-07-2013, 10:30
«QUSKA»NIN HƏBSİ ÜÇÜN BERLİNƏ XÜSUSİ QRUP GEDİB
HAKİMİYYƏT 2005-Cİ İLİN OKTYABR SSENARİSİNİ TƏKRARLAMAĞI DÜŞÜNÜR

DİA.AZ: - Vergidən yayınma ittihamı ilə barəsində interpolun araçılığı ilə axtarış elan edilən, tanınmış iş adamı, keçmiş deputat Hüseyn Abdullayevin həbsilə bağlı tədarük görülür. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Qaynaq iddia edir ki, prezident seçkiləri ərəfəsində yenidən 2005-ci ilin 17 oktyabr hadisələrinin bənzəri olan bir ssenari üzərində düşünən rəsmi Bakı həm iqtidar içində və həm də «asilər düşərgəsi»ndə bir sıra həbsləri həyata keçirməyi düşünür ki, Hüseyn Abdullayevin da Bakıya qolu qandallı gətirilməsi məhz qeyd olunan planla əlaqədardır.

Doğrudur, rəsmi Bakı ilə rəsmi Berlin arasındakı münasibətlərin sərinliyi keçmiş deputatın Azərbaycana gətirilməsi yolunda böyük əngəl hesab olunsa da, artıq Azərbaycanın xarici siyasət idarəsinin və digər müvafiq dövlət qurumlarının almanlarla danışıqlara başladığı da gələn xəbərlər içindədir: «Almaniyaya Hüseyn Abdullayevin həbsinə nail olunması üçün xüsusi bir qrupp ezam olunub. İki gündür ki, Berlinlə danışıqlar aparılır. Əgər nailiyyət olarsa, o zaman sabiq millət vəkili Bakıya gətiriləcək».


Geri qayıt