Əsas Səhifə > Cəmiyyət > SAAKAŞVİLİNİN YERİNƏ AZƏRBAYCANLI NAMİZƏD

SAAKAŞVİLİNİN YERİNƏ AZƏRBAYCANLI NAMİZƏD


17-07-2013, 14:39
SAAKAŞVİLİNİN YERİNƏ AZƏRBAYCANLI NAMİZƏD
GƏNC SOYDAŞIMIZ İDDİASINI ELAN ETDİ

DİA.AZ: - Daşqın Gülməmmədovun Gürcüstan prezidentliyinə namizədliyi irəli sürüləcək. Bunu DİA.AZ-a acıqlamasında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) prezidenti Elmar Həsənov bildirib. O qeyd edib ki, Daşqın Gülməmmədovun Gürcüstan prezidentliyinə namizədliyi yeni elna edilmiş “Gənc Demokratlar” Təşəbbüs Qrupu tərəfindən irəli sürülür. Bizim namizəd seçkidə lazimi səs qazana bilər. Çünki Gürcüstanın müsəlman və türkdilli elektoratı Daşqın Gülməmmədova səs verəcək. Biz Acarıstan Muxtar Respublikası, Borçalı (Kvemo Kartli) və Kaxeti bölgələrində səslərin çoxunu alacağıq. Elmar Həsənov əlavə edib ki, yaxın günlər ərzində Gürcüstan Mərkəzi Seçki Komisiyyasina təşəbüs qrupunun rəsmi ərizəsi təqdim ediləcək və biz prezidentliyə namizəd Daşqın Gülməmmədovun seçkiqabağı piar kompaniyasına başlayacağıq.

O bildirib ki, Daşqın Gülməmmədov 12 sentyabr 1977-ci ildə Gürcüstanın Marneuli rayonun Qaçağan kəndində ziyalı ailəsində dünyaya gəlib. 1998-ci ildə Bakıda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2002-2011-ci illərdə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Prezidenti, 2011-2013-cü illərdə isə Gürcüstan Türkləri Konfederasiyasının (GTK) przeidenti olub. İki övlad atasıdır.

Geri qayıt