Əsas Səhifə > Ölkə, Manşet > BAŞÇI ƏLİ HƏSƏNOVUN ADAMINI İŞDƏN QOVDURUB

BAŞÇI ƏLİ HƏSƏNOVUN ADAMINI İŞDƏN QOVDURUB


17-07-2013, 14:27
BAŞÇI ƏLİ HƏSƏNOVUN ADAMINI İŞDƏN QOVDURUB
SAATLIDA CABBAROVŞİNA DÖNƏMİ

DİA.AZ: - Saatlıdakı məmur özbaşınalığı kulimanisiya həddinə çatıb. Bu barədə təəssürat davamlı olaraq rayondan redaksiyamıza göndərilən müraciətlərin bolluğundan da yaranmaqdadır.

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, icra başçısı Siraqəddin Cabbarov Saatlıda seçkiqabağı təmizləmə əməliyyatına girişib və öz adamlarını mühüm - gəlirli postlara təyin etdirməklə məşğuldur.

Redaksiyamıza rayondakı qaynaqlardan verilən informasiyalardan aydın olur ki, icra başçısı bu ələmə kampaniyasında hətta «yuxarıda» adamı olanları belə bir kənara atmağı bacarır ki, bu da onun yaratdığı mexanizmanın arxasında ciddi qüvvələrin dayanmasından xəbər verməkdədir:

«Məsələn, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun müavini Ərəstun Mehdiyevin əmisi oğlu Nizami Mehdiyev Saatlı su ambarındakı vəzifəsini itirməli olub. Hər halda, Siraqəddin Cabbarov bu zaman Əli Həsənovun zəhmini belə nəzərə almayıb və Nizami Mehdiyev rəsmən şərlənib. Saatlı poçtunun müdiri Qaçay Namazov da şərlənərək vəzifəsindən azad edilib. Hazırda isə eyni üsulla musiqi məktəbinin direktorunu icra başçısı vəzifəsindən aldırmağa çalışır».

Mənbəmiz onu da əlavə edib ki, boşalan vəzifələrə təyinat isə yalnız Siraqəddin Cabbarovun iradəsindən asılıdır ki, bunun da müqabilində başçının külli miqdarda gəlir əldə etməsi faktdır.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt