Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ ƏHMƏDOVUN DA TELEFONLARINI DİNLƏYİRLƏR

ƏLİ ƏHMƏDOVUN DA TELEFONLARINI DİNLƏYİRLƏR


17-07-2013, 11:57
ƏLİ ƏHMƏDOVUN DA TELEFONLARINI DİNLƏYİRLƏR
RAMİZ MEHDİYEV RƏQİBİNİ SIRADAN ÇIXARMAQ ÜÇÜN YOLLAR AXTARIR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, hakim Yeni Azərbaycan Partiyası daxilində YAP-ın icra katibi Əli Əhmədova qarşı kampaniya start götürüb. Bu işin arxasında isə birbaşa olaraq Prezident Administrasiyası rəhbərliyinin dayandığı söylənilirdi.

DİA.AZ-a bu istiqamətdən daxil olan son məlumatlardan aydın olur ki, Əli Əhmədova qarşı YAP-da qiyam tədarükü görən Ramiz Mehdiyev məhz hazırlığın ictimailəşməsindən sonra adamlarına geri çəkilmə əmri verib. Amma rəqabətin bitmədiyi də gələn xəbərlərdə qeyd olunur.

Mənbənin söylədikləri: «Əli Əhmədov bu prezident seçkilərindən sonra prezidentin inanılmış kadrı kimi Prezident Administrasiyasının rəhbəri postuna gətirilə bilər. Bu perspektivlə bağlı illərdir danışılsa da, nəhayətdə YAP-ın icra katibinin karyera yüksəlişi ilə bağlı qərar verilib».

Mənbə iddia edir ki, məhz bu səbəbdən PA şefi Əli Əhmədova qarşı ciddi kompramat axtarışındadır: «Hətta Mehdiyevin adamları «Əli Əhmədovu unudulmayacaq bir qalmaqala soxan faktları tapın» təşklində təlimat da alıblar. YAP-ın icra katibinin telefonları dinlənilir, özü isə təqibdədir. Amma bu halda belə Əli Əhmədov hakimiyyətə sədaqətli bir kadr kimi hələlik rəqiblərinə fürsət tanıtmayıb. Təqib isə davam edir».

Hər halda, iqtidariçi çəkişmələr fonunda hakimiyyət daxilindəki rəqib güclərin bir-birilərini təqib etmələri ilə bağlı faktları ilk dəfə deyil ki, eşidirik. Amma bunun yuxarı eşalona qədər inkişaf etməsi, artıq vəziyyətin kritik həddə yetişməsindən xəbər verməkdədir.

Geri qayıt