Əsas Səhifə > Partiya > SİYAVUŞ NOVRUZOV HAKİM ROLUNDA
SİYAVUŞ NOVRUZOV HAKİM ROLUNDA17-07-2013, 10:39 |
Musavat Partiyasının İsa Qəmbərin prezidentliyə namizədliyini qüvvədə saxlaması qərarı AXCP ilə əbədi mübarizəni yeniləndirdi. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Musavat və AXCP arasında son dövrlər yaşanan narazılıqlara münasibət bildirərək deyib. Novruzov deyib ki, AXCP prezidentliyə namizədini irəli sürə bilmir, çünki Əli Kərimlinin namizədliyi heç bir partiya tərəfindən dəstəklənmir: "AXCP irəli sürdüyü namizədin vahid namizəd ola bilməyəcəyini yəqin edib və bu səbəbdən Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib". YAP rəsmisinin sözlərinə görə, AXCP-də olanların nəyə görə əksəriyyəti Rüstəm İbrahimbəyovu nəzərdə tutur? Çünki bilirlər ki, heç biri digər partiya tərəfindən qəbul olunmur. Ona görə də axtarışda idilər. Novruzov vurğulayıb ki, "Musavat"la AXCP arasındakı narazılıq da vahid namizəd dəstəklənməsi ilə bağlı yaranıb. Qeyd edək ki, Rüstəm İbrahimbəyov Milli Şuraya ikinci namizədin müəyyən edilməsi ilə bağlı müraciət ünvanlayıb. Lakin müracət Milli Şuranın iyulun 9-da keçirilən sessiyasında müzakirəyə çıxarılmayıb. Milli Şuranın sədri və namizədi Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə müraciətində qeyd edib ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə, demokratik düşərgədən ikinci namizəd irəli sürülməməlidir. Bu təkliflərlə bağlı Milli Şura daxilində ciddi fikir ayrılığı yaranıb. Müsavat Partiyasının Məclisi isə Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə, İsa Qəmbərin namizədliyinin veriləcəyi qərarında israrlıdır. Bu isə AXCP tərəfindən narazılıqla qarşılanır. Geri qayıt |