Əsas Səhifə > Hadisə > HACIQABULDA SİRR KİMİ YOL QƏZASI

HACIQABULDA SİRR KİMİ YOL QƏZASI


17-07-2013, 10:21
HACIQABULDA SİRR KİMİ YOL QƏZASI
MAŞINI AŞAN SÜRÜCÜ YOXA ÇIXIB

Hacıqabul rayonunda avtomobil dərəyə yuvarlanıb, sürücü yoxa çıxıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, qəza hadisəsi iyulun 16-sı gecə saat 23:45 radələrində Hacıqabul-Şirvan yolunun 2-ci kilometrliyində qeydə alınıb. Hacıqabuldan Şirvan şəhəri istiqamətində hərəkətdə olan, hələlik şəxsiyyəti bəlli olmayan "VAZ 21015" markalı "90-RF-865" dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək dərəyə yuvarlanıb.
Maraqlıdır ki, sürət həddi yüksək olduğundan avtomobil 30 metrdən yüksəklikdən dərəyə düşəndən sonra da hərəkətini etdirib.
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, həmin gün onlara xəsarət alan sürücü və sərnişin müraciəti qeydə alınmayıb.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindən qaçaraq gizlənən sürücünün axtarışlarını davam etdirir.

Geri qayıt