Əsas Səhifə > Hadisə > BƏRDƏDƏ SİLAHLI OLAY

BƏRDƏDƏ SİLAHLI OLAY


17-07-2013, 09:52
BƏRDƏDƏ SİLAHLI OLAY
KEÇMİŞ HƏYAT YOLDAŞINI GÜLLƏLƏDİ

Bərdədə keçmiş ər-arvad arasında qanlı olay baş verib.
Bərdə rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 16-da saat 22:00 radələrində 1970-ci il təvəllüdlü Alişan Ahmədov Bərdə şəhərində yaşayan keçmiş həyat yoldaşı 1977-ci il təvəllüdlü Yasəmən Dadadşovanın yaşadığı evinə gələrək ona qoşalülə ov tüfəngi ilə atəş açıb.
Yasəmən Dadaşova aldığı güllə yarasından hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.

Geri qayıt