Əsas Səhifə > Hadisə > ŞUŞANIN PROKURORU TƏQAÜDƏ GÖNDƏRİLDİ

ŞUŞANIN PROKURORU TƏQAÜDƏ GÖNDƏRİLDİ


26-12-2011, 11:01
ŞUŞANIN PROKURORU TƏQAÜDƏ GÖNDƏRİLDİ

AZƏR OSMANOV MÜVƏQQƏTİDİR

Azərbaycanda daha bir rayon prokuroru işdən çıxarılıb.

APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Şuşa rayon prokuroru Tofiq Rəsulov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

Şuşa rayon prokuroru vəzifəsini müvəqqəti olaraq Azər Osmanov icra edir.


Geri qayıt