Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN ABSURD AZƏRBAYCAN YANAŞMASI

İRANDAN ABSURD AZƏRBAYCAN YANAŞMASI


26-12-2011, 09:24
İRANDAN ABSURD AZƏRBAYCAN YANAŞMASI

MOLLA REJİMİ MÜSƏLMANLARIN QEYDİNƏ QALIR?

DİA.AZ: - “Bu ölkədə yaşayan yəhudi və bəhailərin fəaliyyətləri xalqın vergiləri əsasında təmin olunan dövlət büdcəsi hesabına himayə olunur. Amma bu müsəlman ölkəsində müsəlmanların öz məzhəbi mərasimlərini icra etməyə icazələri yoxdur”. Bu iddia İrana aid xəbər portallarında yer alıb.

Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin sədri Mirqasım Mömini "Fars" Agentliyinə verdiyi müsahibəsində Azərbaycan Respublikasında yaşayan iranlıların öz məzhəbi mərasimlərini keçirməkdə qarşılaşdıqları “problemlər”dən də danışıb: "Seyyidüş-şühədaya (ə) əzadarlıq günləri və bu günlərdə məzhəbi mərasimlərin icrasına diqqət etməklə təəssüf olsun ki, Azərbaycan Respublikası dövləti əzadarlarla qeyri-adi rəftar etdi".

Onu da bildirək ki, Tehran rejimi Azərbaycanda hansısa 200 mindən artıq iranlının yaşamasından da danışıb. Və “Gündəm Xəbər” olaraq həmin “iranlı” deyilən zümrəyə kimlərin şamil olunduğu da aid deyil. Mirqasım Mımüni daha sonra deyir: "Azəri rəsmilər hər bir məzhəbi mərasim keçirməyin qarşısını aldılar, hətta bəzi iranlı həmvətənlərimiz döyülüb və Azərbaycandan çıxarılacağı ilə təhdid olunublar".

Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin sədri Azərbaycan əhalisinin 98%-nin müsəlman olmasına işarə edərək bunları əlavə edib: "Bununla belə öz məzhəbi mərasimlərini keçirməyə icazələri yoxdur. Bu qadağa ölkədə yaşayan iranlılar üçün də problemlər yaradıbdır".

Mömini sözünün davamında bildirib: "Azərbaycanda ən çoxu 20 min yəhudi yaşamasına baxmayaraq, 16 sinaqoq Azərbaycan dövləti və Bakı İcra Hakimiyyəti köməyi ilə bərpa olunub və fəaliyyət göstərir. Bu ölkədə yaşayan yəhudi və bəhailərin fəaliyyətləri xalqın vergiləri əsasında təmin olunan dövlət büdcəsi hesabına himayə olunur. Amma bu müsəlman ölkəsində müsəlmanların öz məzhəbi mərasimlərini icra etməyə icazələri yoxdur".


Geri qayıt