Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 7 SAYLI POLİKLİNİKADA FÖVQƏL TOPLANTI

7 SAYLI POLİKLİNİKADA FÖVQƏL TOPLANTI


16-07-2013, 12:59
7 SAYLI POLİKLİNİKADA FÖVQƏL TOPLANTI
Bakının Xətai rayonunda yerləşən 7 saylı poliklinikanın rəhbəri Şəlalə Səfərova ilə bağlı mətbuatda dərc olunan tənqidi yazılar baş həkim tərəfindən ciddi narahatlığa səbəb olub.
Bu barədə Moderator.az saytını bilgiləndirən özəl mənbənin sözlərinə görə, bununla bağlı poliklinika əməkdaşlarının iştirakı ilə fövqəltoplantı keçirən Ş.Səfərova, casus axtarışına start verib:
“Poliklinika əməkdaşlarının iştirakı ilə keçirilən toplantıda mətbuatda onunla bağlı dərc olunan yazılara toxunan Ş.Səfərova, baş verənləri casus agenturasının fəaliyyəti kimi izah edib. Gizli casusu ifşa edəcəyini bildirən baş həkim, mətbuatın tənqidlərindən də çəkinmədiyini qeyd edib. Habelə baş həkim, əməkdaşları “vicdanlı olmağa”, informasiya sızıntısına yol verməməyə çağırıb”.
Məlumat üçün qeyd edək ki, son günlər Ş.Səfərovanın adı vətəndaşlara qanunsuz arayışların verilməsində hallanır.

Geri qayıt