Əsas Səhifə > Şou-biznes > “EUROVISION-2011”İN QALİBİNDƏN ŞOK ADDIM

“EUROVISION-2011”İN QALİBİNDƏN ŞOK ADDIM


26-09-2011, 15:07
“EUROVISION-2011”İN QALİBİNDƏN ŞOK ADDIM

NİGAR CAMAL 1 MİLYON MANATA ÜZÜNÜ SIĞORTALAYIB

“Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camal 1 milyon manata üzünü sığortalayıb.

APA-nın məlumatına görə, müğənni artıq sığorta şirkətlərindən biri ilə bununla bağlı müqavilə imzalayıb. Bununla əlaqədar sentyabrın 28-də sığorta şirkətinin təmsilçiləri və N. Camal birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, dünyanın tanınmış ulduzları bədənlərinin müxtəlif yerlərini sığortalatdırırlar. Azərbaycanda isə ilk dəfə olaraq Nigar Camal belə bir addım atıb.

Geri qayıt