Əsas Səhifə > Partiya > YAP-DAN MÜXALİFƏTİN MİTİNLƏRİLƏ BAĞLI AÇIQLAMA

YAP-DAN MÜXALİFƏTİN MİTİNLƏRİLƏ BAĞLI AÇIQLAMA


16-07-2013, 12:12
YAP-DAN MÜXALİFƏTİN MİTİNLƏRİLƏ BAĞLI AÇIQLAMA
"ƏGƏR XALQ NARAZI OLSA"...

“Müxalifətin radikal qanadı bilir ki, arxasında ciddi sosial dayaqları yoxdur. Bu səbəbdən ümumilikdə seçki prosesinin gedişinə kölgə salmaqla, öz siyasi mövcudluğunu qorumağa çalışırlar”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İcra Katibinin müavini Mübariz Qurbanlı söyləyib.

Onun sözlərinə görə, bu gün müxalifətə bütün şərait yaradılıb və onların əsas problemi cəmiyyətin etimadını itirməsindən qaynaqlanır: “Mitinqlər üçün müvafiq yerlər ayrılıb və müxaliflər həmin yerlərdə toplaşıb fikirlərini səsləndirə bilərlər. Vətəndaş narazı olarsa, mitinq üçün ayrılmış yerə mütləq gedər. Eyni zamanda, mitinq üçün 20-ci Sahədə ayrılmış yerin ətrafında çoxlu yaşayış evləri, insanların cəmləşdikləri ticarət mərkəzləri var. Yəni həmin ərazinin bir addımlığında keçirilən mitinqə orada yaşayan, işləyən insanlar gəlmirlər, müxalifətin aksiyasına laqeyd qalırlar. Əgər o insanlar narazı olsaydılar, iki dəqiqə piyada gedərək bu tədbirlərə qoşulardılar. İki dəqiqəlik məsafədəki mitinqə vətəndaş qatılmırsa, deməli, həmin vətəndaş mitinqi çağıranlarla həmrəylik nümayiş etdirmək istəmir. Belə olduğu təqdirdə onların cəmiyyətin iqtidardan narazı olması ilə bağlı iddiaları absurddur və heç bir nəticəsi olmayacaq”.

Geri qayıt