Əsas Səhifə > Hadisə > SUMQAYITDA GÜLMƏLİ KRİMİNAL

SUMQAYITDA GÜLMƏLİ KRİMİNAL


16-07-2013, 12:08
SUMQAYITDA GÜLMƏLİ KRİMİNAL
EVİNDƏN OĞURLUQ EDİB, POLİS ÇAĞIRDI

Öz evindən oğurluq edən Sumqayıt sakini tutulub. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vüsal Kamil oğlu Ağayev Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verərək evindən həyat yoldaşının 2000 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini V. Ağayevin özünün törətdiyi müəyyənləşib. V. Ağayev saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt