Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT KİMİ HANSI VƏZİFƏYƏ GƏTİRİR?

HAKİMİYYƏT KİMİ HANSI VƏZİFƏYƏ GƏTİRİR?


16-07-2013, 11:00
HAKİMİYYƏT KİMİ HANSI VƏZİFƏYƏ GƏTİRİR?
YAP İQTİDARI BUİLKİ SEÇKİLƏRDƏN SONRA YENİ HÖKUMƏT QURACAQ

DİA.AZ: - Son günlər baş nazir Artur Rəsizadə ilə bağlı müxtəlif səpgili informasiyalar yayılmaqdadır. Xəbərlərə görə, işı belə çıxmayan baş nazirin hətta səhhətində də problemlər yaranıb. Doğrudur, Nazirlər Kabinetindən bu məlumatlar təkzib olundu, amma DİA.AZ-ın əldə etdiyi informasiyalar da təsdiqləyir ki, Artur Rəsizadə ilə bağlı məsələnin gündəmə daşınması təsadüfi deyil.

DİA.AZ-a daxil olan xəbərlərə görə, seçkilərdən sonra Artur Rəsizadə hökumətin başçısı kimi təsdiqlənməyəcək. Mənbəmiz şok bir informasiyanı da təfsilatı ilə redaksiyamıza ötürüb. Lakin müəyyən səbəblərdən məlumatı dolğunluğu ilə çatdıra bilməsək də, mahiyyətini paylaşırıq.

Qaynağın iddialarına görə, prezident seçkilərindən sonra total kadr islahatları gözlənilir: «Və hətta ola bilsin ki, bu islahatlar seçkilərə qədər başlasın və seçkilərdən sonra daha da kəskin xarakter alacaq. Baş nazir postuna yeni sima gətirilir. Hətta bu ələmə prosesində həbsə atılanlar belə olacaq».

Artur Rəsizadə ilə bağlı mətbuatda yayılan xəbərlərə gəlincə isə mənbəmiz bildirdi ki, o, hələ seçkiləri də vəzifə başında yola verəcək.


Geri qayıt