Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ REKTORUN VİDEOLARININ REJİSSORU KİMDİR

KEÇMİŞ REKTORUN VİDEOLARININ REJİSSORU KİMDİR


15-07-2013, 12:51
KEÇMİŞ REKTORUN VİDEOLARININ REJİSSORU KİMDİR
ARTIQ HAKİMİYYƏT «ELŞAD ABDULLAYEV NAĞILINI» QAPATMAQ FİKRİNDƏDİR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, hakimiyyətlə, daha doğrusu, hakimiyyətin müəyyən qrupları ilə sırf olaraq ABU-nun bağlanmasından sonra düşmən olan Elşad Abdullayevin qardaşının axtarma niyyəti kimi bir niyyəti olmayıb.

Bu barədə mənbə şok açıqlamalarında deyir: «Diqqət yetirin. Elşad Abdullayev qardaşının «axtarışına» illərdir çıxsa da, faktları xeyli müddət sonra mətbuata açıqlayır. Yəni ABU bağlanandan sonra. Qardaşının yoxa çıxmasından isə şantaj üçün faktlar əldə edə bilməsi üçün istifadə edib. Bu da tamamən sübuta yetirilib. Yəni o, qardaşının yoxa çıxmasından sanki özünün biznes maraqları üçün istifadə edib».

Mənbənin sözlərinə görə, elə bunu yaxşı bilən dövlətin müvafiq qurumları Elşad Abdullayevin yalnız mandat bazarlığı videosuna ciddi yanaşdılar: «Digər ittihamların isə absurd olduğu ortadadır. Hətta bu gün həbsdə saxlanılan iş adamı Arzu Kazımovla bağlı hüquqi araşdırmalarda da keçmiş rektorun iddia etdiklərinin cəfəngiyyat olduğu ortaya çıxıb».

Mənbənin bildirdiyinə görə, artıq bu məsələ ilə bağlı «yuxarılarda» konkret qənaətlər formalaşdığından Elşad Abdullayevin həbsinə tədarük görülür: «Soruşa bilərsiniz ki, Hüseyn Abdullayevlə bağlı dərhal interpol vasitəsilə axtarış qərarı verildi, nədən Elşad Abdullayevin məsələsində yubanma var. Bunun əsas səbəbi odur ki, Elşad Abdullayev hələ də iqtidardakı müəyyən dairələrlə oynayır və onların maraqlarını güddüyü barədə təəssürat yaradır. Lakin onun burada da saxtakarlıq etdiyi faktdır».

Mənbənin bildirdiyinə görə, son günlər orqan mafiyası ilə bağlı araşdırmalarda Elşad Abdullayevlə bağlı məqamın qabardılması da əslində keçmiş rektorun beynəlxalq axtarışa verilməsinə, onun həbsinə nail olunmasına tədarükdür.

Geri qayıt