Əsas Səhifə > Siyasət, Manşet > YENİ ÇAĞIRIŞ XİDMƏTİ ÖZÜNÜ DOĞRULTMADI

YENİ ÇAĞIRIŞ XİDMƏTİ ÖZÜNÜ DOĞRULTMADI


15-07-2013, 12:32
YENİ ÇAĞIRIŞ XİDMƏTİ ÖZÜNÜ DOĞRULTMADI
ARZU RƏHİMOV İSTEFAYA GÖNDƏRİLƏ BİLƏR: VƏZİYYƏT KRİTİK HƏDDƏ ÇATIB

DİA.AZ: - Hərbi çağırış sistemindəki özbaşınalıqlarla bağlı bir neçə gün əvvəl açıqladığımız faktlar bütün ölkədə şok effekti yaradıb. Məlum olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələri son çağırış sezonunda onlarla vərəm xəstəsini orduya cəlb edib ki, artıq bunun yaratdığı ajiotaj xidmət rəisi Arzu Rəhimovun işini çətinləşdirib.

Mənbənin söylədikləri: «Artıq məsələ hakimiyyətin ən üst düzəyində belə müzakirə olunub və hətta Arzu Rəhimovun istefaya göndərilməsi belə gündəmə gətirilib. Hər halda, ruhi sağlamlığı yerində olmayanları belə orduya cəlb etməklə sonradan qəzetlər üçün «bir ayın əsgəri intihar etdi» xəbərinin yetişdirilməsində bir səbəb rolunu oynayan Arzu Rəhimovun kadrlarına görə kimsə cavam verməlidir».

Mənbəmiz iddia edir ki, prezident seçkiləri ərəfəsində Arzu Rəhimovun bu şəkildə iqtidara divident qazandırması daxili narazılıqlara nədən olduğundan onun vəzifə başında uzun müddətə qalması da gözlənilən deyil: «Artıq ilk istefa versiyaları səsləndirilir. Və bunun davamı da olacaq. Çünki prezidentin də xidmət rəisinin fəaliyyətindən razı qalmadığı məlumdur».

Geri qayıt