Əsas Səhifə > Sosial, Manşet > FARS MİLLƏTÇİLİYİ AZƏRBAYCANDA TƏBLİĞ OLUNUR

FARS MİLLƏTÇİLİYİ AZƏRBAYCANDA TƏBLİĞ OLUNUR


13-07-2013, 15:24
FARS MİLLƏTÇİLİYİ AZƏRBAYCANDA TƏBLİĞ OLUNUR
«FACEBOOK»DAKI SƏHİFƏDƏ RƏSMƏN DÖVLƏTİMİZİ TƏHDİD EDİRLƏR

DİA.AZ: - Fars-molla rejiminin müstəqil Azərbaycan dövlətinə hansı açıdan yanaşdığı hər kəsə məlumdur. Hər halda, illərdir Azərbaycanın şimalında müstəqilliyini bərpa etməyə müvəffəq olmuş bir parçanı belə həzm edə bilməyən fars millətçiləri zaman-zaman əllərinə düşən fürsətdən yararlanaraq Azərbaycan türkünə qarşı fitnələrini davam və inkişaf etdiriblər.

Amma nə yazıq ki, Azərbaycanda bu gün İran kəşfiyyatının şirnikləndirici təkliflərinə uyanlar da var. Bunların sayı çox olmasa da, könül bulandıracaq qədərdir. DİA.AZ bildirir ki, elə onların əməli nəticəsində bu gün «Facebook» sosial şəbəkəsində «Azərbaycan İslam Cümhuriyyəti» adlı bir səhifə də fəaliyyət göstərir.

Deyə bilərsiniz ki, nə olsun… Amma bunun üstündən keçmək lazım deyil. Əgər bu gün dövlətimizi təhdid edən bu kimi təbliğat mexanizmlərinə dırnaqarası baxacağıqsa, sabahımızı düşünməyinə dəyməz.

Onu da bildirək ki, «Azərbaycan İslam Cümhuriyyəti» səhifəsində İran geniş şəkildə təbliğ olunur və hətta İranın ünvanına «YAŞASIN» ifadəsi də işlədilir. Bu ifadəni İrana aid etmək üçün isə gərək ən azından bu millətdən olmayasan. Ən azından ona görə ki, bu gün İran adlanan ərazidə minlərlə Azərbaycan türkü məhz yaşama, öz dilində danışma, öz ruhuna uyğun həyat tərzi sürmə istəyi səbəbindən dar ağacı ilə mükafatlandırılır.

Onu da bildirək ki, artıq bəzi vətənpərvərlər adresində olan bu səhifənin bağlanması üçün hərəkət keçiblər.


FARS MİLLƏTÇİLİYİ AZƏRBAYCANDA TƏBLİĞ OLUNUR
FARS MİLLƏTÇİLİYİ AZƏRBAYCANDA TƏBLİĞ OLUNUR

Geri qayıt