Əsas Səhifə > Cəmiyyət > FRANSIZLARA “UNİKAL” ETİRAZ
FRANSIZLARA “UNİKAL” ETİRAZ23-12-2011, 15:30 |
QƏZET SABAHA SATIŞA AĞ SƏHİFƏLƏRLƏ GƏLİR Fransa parlamentində erməni “soyqırımı”nı qəbul etməyənlərə cəzanın verilməsi ilə bağlı qəbul edilən qanuna etiraz olaraq “Unikal” qəzeti maraqlı addım atıb. Belə ki, gündəlik dərc olunan qəzetin sabahkı sayı ağ buraxılacaq. Bu barədə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev bildirib. Baş redaktorun sözlərinə görə, qəzetin hər səhifəsində Fransanın bu qərarı əleyhinə bir şüar yazılacaq, eyni zamanda, Azərbaycan ictimaiyyətinin məlum qərara təpkisini ifadə edən sitatlar yerləşdiriləcək: “Fransanın belə addım atması əslində təkcə Türkiyəyə yönəlik bir addım deyil. Bu, bütün insanlığa, söz azadlığına, insan haqlarına qarşı təhqiramiz bir hərəkətdir. Təsəvvür edin ki, Fransaya gedən hətta rəsmi simalar belə, ya bu qondarma soyqırımı qəbul etməli olacaq, ya da cəza ilə üz-üzə qalacaq. Fransanın bu addımının özü əslində 21-ci əsrdə insan haqlarına qarşı həyata keçirilən dəhşətli bir soyqırımdır. Buna görə də biz qəzet olaraq həmin addıma etirazımızı bu şəkildə bildirir və inanırıq ki, Azərbaycan mediası bütövlükdə sözügedən qərara qarşı gərəkən sivil mövqe sərgiləyəcək”. Geri qayıt |