Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISININ SEÇKİQABAĞI İLGİNC PLANI

İCRA BAŞÇISININ SEÇKİQABAĞI İLGİNC PLANI


13-07-2013, 13:03
İCRA BAŞÇISININ SEÇKİQABAĞI İLGİNC PLANI
ASİF ƏGƏROV BİRİNCİ MÜAVİNİNİ SEÇKİLƏRƏ QƏDƏR YOLA SALMAQ İSTƏYİR

DİA.AZ: - Səbail icra hakimiyyətinin başçısı Asif Əsgərovun zamanında öz birinci müavini ilə rəqabətdə olması dillər əzbəri olmuşdu. Əslində, bir çox rayon icra hakimiyyətlərində anoloji iç çəkişmələri yaşanmaqdadır. Amma Səbail rayonunda vəziyyətin daha da kritik olduğu deyilir.

DİA.AZ-a daxil olan son informasiyalara görə, icra başçısı birinci müavini ilə qarşıdan gələn prezident seçkilərinə qədər vidalaşmağı düşünür. Məlumatı verən mənbə iddia edir ki, Xalidə Bayramovanı özünə problem görən və onun Səbail RİH-də mövcudluğunu heç cürə həzm edə bilməyən Asif Əsgərov birinci müavini ilə bağlı hətta hakimiyyətin yuxarı eşalonundakı himayədarlarından dəstək də istəyib:

«Hələlik Asif Əsgərov işini ehmal üsullarla həyata keçirməyi məqsəd edib. Hətta tədbirlərdə birinci müavinlə olmayan şəkildə xoş münasibətlər də saxlayır. Amma bütün bunlar şirmadır və reallıq tamam fərqlidir».

Mənbə iddia edir ki, davamlı şəkildə birinci müavinindən müxtəlif instansiyalara hətta «donos» xarakterli şikayətlər də yazdıran Asif Əsgərovun qalib gəlməsi də gözləniləndir: «Təbii ki, bu daha çox onun himayədarlarının mövqelərinin əzmindən birbaşa asılıdır».


Geri qayıt