Əsas Səhifə > Cəmiyyət > "SPACE"DƏN GEDƏNLƏRİN DALINCA DANIŞDI

"SPACE"DƏN GEDƏNLƏRİN DALINCA DANIŞDI


13-07-2013, 11:10
"SPACE"DƏN GEDƏNLƏRİN DALINCA DANIŞDI
“Space” telekanalının Səhər Proqramları Departamentinin rəhbəri Kəmalə Xəlilova son günlər onun adı ətrafında yaranan qalmaqalla bağlı daha bir açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, xüsusi açıqlama ilə çıxış edən aparıcı deyib ki, son zamanlar qarşı olan ittiham və böhtanların əsas səbəbi sadəcə paxıllıqdır:
“Məhz bu paxıllıq bəzi bacarıqsız insanları belə çirkin addım atmağa vadar edib. Sirr deyil ki, bizim işgüzar komandamız qısa bir müddət ərzində “Həyat davam edir” verilişinin reytinqinin yüksəlməsinə nail oldu və bizim bu nailiyyətimiz qısqanc, paxıl adamlara böyük zərbə vurdu. Bizim normal iş prosesimizə mənfi təsir göstərmək məqsədilə “paxıllar qruplaşması” ardıcıl olaraq öz gördüyü işləri, nailiyyətləri ilə yox, yalnız bax belə yalan iftiralarla hərəkətə keçdilər. Təbii ki, belə insanlar ancaq bu yolu seçə bilərdilər, çünki öz işlərində uğur və ya hər hansı nailiyyət qazanmaq imkanları yoxdur. Əslində mənim belə adamlara yazığım gəlir... Təəssüf ki, onların “Sağlam rəqabət” anlayışını anlayıb, qəbul etmək imkanı yoxdur. Qeyd etmək istərdim ki, rəhbərlik etdiyim Departamentdə əməkdaşlarımız çox çalışqandır. Bu da bizi sevindirir, paxılları isə qıcıqlandırır. Və təbii ki, paxıllıqla qarşılaşan telekanal rəhbərliyi onları yox, bizi yəni işgüzar, istedadlı insanları dəstəkləyir. Vaxtı ilə “Space” telekanalından müxtəlif səbəblərə görə uzaqlaşdırılan adamlar bizim komandamızın işinə mane olmaq üçün bütün çirkin əməllərə əl atırlar” .

Geri qayıt