Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞDAM XANININ TODAĞITMAZ XANƏDANI

AĞDAM XANININ TODAĞITMAZ XANƏDANI


13-07-2013, 10:46
AĞDAM XANININ TODAĞITMAZ XANƏDANI
BAŞÇININ OBYEKTLƏRİNİN SİYAHISI AÇIQLANDI

Bir qrup Ağdam sakini “Azadlıq”a məktub göndərərək icra başçısının özbaşınalıqlarını qeyd ediblər. Onlar iddia edirlər ki, Nizami Sadıqov rayonu başdan-başa özəlləşdirib. Şikayətçilər məktublarında başçının obyektlərinin, qohumlarının işlətdiyi dükanlarının siyahısını da təqdim ediblər.
1.Rayonun Soltanbud meşə zolağı ərazisində iki ədəd bacısı oğlanlarına məxsus restoran fəaliyyət göstərir. Həmin restoranlarda musiqi ilə yanaşı qumar da oynalınır.
2.Rayonun Səfərbərlik və Çağırış üzrə Dövlət qurumu yaxınlığında yerləşən yeməxana icra başçısına məxsusdur.
3.Imamqulubəyli kənd sakinlərinin əlindən zorla alınmış 26 hektar ərazinin hər bir sotunu 600 manata kənd sakinlərinə yox, başqa-başqa rayon kapitalistlərinə satıb.
4.Rayonda tikilmiş Təcili Tibbi Yardım xəstəxanası kimlərinsə mülkiyyətində olan torpaqda tikilmiş və həmin əraziyə Dövlətin hesabına rüsum pulu alınır. Görəsən, Təcili Tibbi Yardım xəstəxanasının tikilməsinə Ağdam rayonunda torpaq tapılmır?
5.Təcili Tibbi Yardım xəstəxanasına bitişik restoran “gecə barı” fəaliyyət göstərir ki, o da Nizami Sadıqovun bacısı oğlanlarına məxsusdur.
6.Quzanlı qəsəbəsinin girişində, yəni qəbir daşları sexinin yanındakı “Yaşıl market” mağazası da onlara məxsusdur.
7.Quzanlı ərazisində yerləşən Topdansatış Tikinti mağazasının arxa hissəsində məcburi köçkünlər üçün tədbir meydançasının bir hissəsini satıb. O yerdə Heydər Əliyev dəfələrlə məcburi köçkünlərlə görüş keçirib.
8.Rayonun “Kapital Bank”ın yanındakı iki ədəd obyekt də onlara aiddir.
9.Topdansatış Tikinti mağazası ilə üzbəüz yeni tikilən iki obyekti bacısı oğlu inşa etdirir.
10.Quzanlı-Xındırıstan yolunun üstündə fəaliyyət göstərən maşın yuma sexi də onlarındır.
11.Eyvazlı kənd ərazisində əkib-becərilən bəzək ağaclarının becərilməsi və satışı hansı büdcəyə mədaxil olunur və ya orada işləyənlər haradan maliyyələşirlər?
12.Xındırıstan-Quzanlı ərazisinin torpaqlarının qeyri-qanuni mənimsəyərək orada özü üçün qoyun ferması açıb.
13.Quzanlı ərazisindəki kəhriz quyularının suyunu qarşısını kəsərək orada balıq saxlatdırır.
14.Rayonda Avtovağzal üçün ayrılmış 1 hektar ərazi Dövlət hesabına hasara alınmış və təmir edilmiş ərazini öz yaxınlarına verib.
15.Ağdamın pambıq məntəqəsinə bitişik maşın təmiri sexi və ona bitişik mağazanı Nizami sadıqov tikdirib və sonra satıb.
16.Quzanlı ərazisində Dövlət Perespektiv inkişaf fondu altında olan torpaqlar hasarlanmış, həyətyanı sahələr satılmış və kimlərəs məxsus olması hələ də heç kimə məlum deyil.
17.Icra hakimiyyəti başçısının yaxın qohumu Sədrəddin Ələsgərova 10 hektar qeyri-qanuni torpaq sahəsi vermiş və həmin ərazidə artezian quyusu vurulub.
18.Rayonun mərkəzi xəstəxanasının bitişik bir ərazidə dövlət hesabına tikilib və sonradan təmir olunaraq özəlləşdirilərək, rayonun mədəniyyət şöbəsinin kitabxanasına icarəyə verilib.
19.Əlillərə ayrılmış torpaq sahəsində özünə aid olan çörəkbişirmə zavodu tikib.
Məsələylə bağlı Nizami Sadıqovla əlaqə saxlamaq cəhdlərimiz səmərə vermədi. Icra hakimiyyətinin saytında (http://agdam-ih.gov.az/) qeyd edilən nömrəyə (+994 26- 325-00-05) zəng etdik. Özünü təqdim etməyən icra hakimiyyətinin işçisi bildirdi ki, Nizami Sadıqov otağında deyil. Başçının tədbirdə olduğunu ona məruz edib, bizimlə əlaqə saxlayacağını söylədi. Qarşı tərəfdən zəng gəlmədiyini görüb yenidən zəng etdik, ancaq bu dəfə dəstəyi qaldıran olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt