Əsas Səhifə > Siyasət, Manşet > MİKAYIL CABBAROVU AĞSTAFADA EŞİDƏN YOX İMİŞ

MİKAYIL CABBAROVU AĞSTAFADA EŞİDƏN YOX İMİŞ


13-07-2013, 10:16
MİKAYIL CABBAROVU AĞSTAFADA EŞİDƏN YOX İMİŞ
BU RAYONUN ORTA MƏKTƏBLƏRİNDƏ “REMONT PULU” YIĞANLAR DA VAR

DİA.AZ: - Yeni təhsil naziri Mikayıl Cabbarov bir müddət öncə orta məktəblərdə “remontpulu” adı ilə pul yığıldığından xəbərdar olduğunu və bunun yolverilməz olduğunu bildirdi. Onu da bildirək ki, əslində nazir bu yolla Misir Mərdanovdan qalma daha bir ayıbın qarşısını almağa çalışdı. Hətta açıqlamasında konkret olaraq qeyd etdi ki, hansı direktorun bu əməli barədə xəbər tutsam, dərhal işdən azad edəcəyəm.

Lakin buna baxmayaraq hələ də rayonlarda orta məktəb müəllimlərindən “remontpulu” yığılır. O cümlədən Ağstafa rayonunda da məktəb binalarında “şıdırığı remont” gedir. DİA.AZ-a bu barədə narazı düşən Ağstafa sakinləri məlumat veriblər.

Onların redaksiyamıza bildirdiyinə görə, hətta orta məktəblərin özünəməxsus tarifləri də var: “Qiymət isə belədir- bir müəllim 40 manat. Bu günlərdə müəllimlərin məzuniyyət pulları verilmişdi və direktorlar həmin puldan 40 manatı tələb edirlər. Xüsusən Ağstafa rayon Qırılı kənd orta məktəbində bu alver çox qızğın şəkildə gedir. Işə yeni başlamış direktor Gültəkin İsmayılova təcili olaraq müəllimlərdən 40 manat istəyir. Yoxsa növbəti dərs ilində onların dərs saatlarını kəsəcəyi ilə hədələyir”.

Məsələ ilə bağlı bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.

Geri qayıt