Əsas Səhifə > Dünya > ÜSYANÇILAR İFTARI PİVƏ İLƏ AÇDILAR

ÜSYANÇILAR İFTARI PİVƏ İLƏ AÇDILAR


13-07-2013, 10:05
ÜSYANÇILAR İFTARI PİVƏ İLƏ AÇDILAR
BUNUNLA DA ALƏM QARIŞDI

DİA.AZ: - Məlumdur ki, neçə gündür qardaş Türkiyədə «Gəzinti Parkı» bəhanəsi ilə Rəcəb Tayyib Ərdoğanın başında durduğu hökumətə qarşı bir üsyan planı həyata keçirilməkdədir. Amma bu üsyançıların arxasında kənar güclərin dayandığı və onların əsas niyyətlərinin inkişafda olan müsəlman Türkiyəyə zərb vurmaq olduğunu sübuta yetirməyə ehtiyac yoxdur.

Doğrudur, Türkiyə polisinin alternativ olmayan gücdən istifadə edərək bu aksiyaları yatırması dünya mətbuatının gündəmində Ərdoğan iqtidarına qarşı bir dəyənək kimi istifadə edilir. Amma bu heç də o demək deyil ki, polisin dəyənəyinin altında qalanlar hər zaman haqlıdırlar.

Elə DİA.AZ-ın Türkiyə KİV-lərinə istinadən təqdim etdiyi bu fotodan da aydın olur ki, iftar süfrəsi quran aksiyaçılar oruclarını pivə ilə açmaları ilə nə qədər səmimi olduqlarını nümayiş etdirirlər. Yəni elə bu fakt da yetərlidir ki, kimin kim olduğunu müəyyən edəsən.

DİA.AZ bildirir ki, artıq bu fotofakt qardaş Türkiyə mətbuatında kifayət qədər populyarlaşaraq «Gəzinti Parkı» «mühafizlərinin» reputasiyasına ciddi zərbə effekti də yaradıb.

Geri qayıt