Əsas Səhifə > Cəmiyyət > BİTƏRƏF DEPUTATDAN XOŞMƏRAMLI TƏKLİF GƏLDİ
BİTƏRƏF DEPUTATDAN XOŞMƏRAMLI TƏKLİF GƏLDİ23-12-2011, 14:00 |
“İQTİDAR-MÜXALİFƏT DİALOQUNUN VAXTI YETİŞİB” Modern.az saytı xəbər verir ki, Milli Məclisin bu günkü iclasında milət vəkili Vahid Əhmədov maraqlı təkliflə çıxış edib. Deputat bildirib: “Dünyada iqtisadi böhran gedir. Azərbaycana çox böyük təhdidlər var və heç kim bilmir ki, bu təhdidlər nə ilə nəticələnəcək. Azərbaycan dövlətini qoruyub saxlamaq lazımdır. Bütün Azərbaycan zialılarına və təşkilatlarına müraciət edirəm ki, birləşin, vahid mövqedən birlik nümayiş etdirin. Müxalifətə üzumu tutub deyirəm ki, hakimiyyətlə artıq dialoqun vaxtı yetişib”. Vahid Əhmədov onu da bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev dünən öz çıxışında Rusiyanın gələcək planlarını açıqlayıb. “Bundan bilmək olmur ki, Azərbaycanı gələcəkdə nələr gözləyir. Ona görə də hesab edirəm ki, Azərbaycanın dövəltçiliyi, süverenliyi üçün birləşmək lazımdır. Hesab edirəm ki, iqtidarla müxalifət bir olmalıdı, artıq dialoqun vaxtı yetişib”. Geri qayıt |