Əsas Səhifə > Dünya > NAZARBAYEVƏ RUSİYADA ETİRAZ ETDİLƏR

NAZARBAYEVƏ RUSİYADA ETİRAZ ETDİLƏR


23-12-2011, 13:49
NAZARBAYEVƏ RUSİYADA ETİRAZ ETDİLƏR

QAZAXLAR MOSKVADA AKSİYA KEÇİRDİ

"Yeni Müsavat"ın Rusiyanın paytaxtı Moskvada səfərdə olan əməkdaşı Tofiq Yaqublu xəbər verir ki, bu gün səhər saatlarına Moskvada yaşayan Qazaxıstan vətəndaşları ölkələrində baş verən hadisələrə görə etiraz aksiyası keçiriblər. "Çistıe prudi" ("Təmiz göllər")adlanan parkda baş tutan aksiyada qazaxlar Nazarbayev rejiminin öz haqqını tələb edən xalqa divan tutmasına etiraz ediblər.

T.Yaqublunun sözlərinə görə, o, aksiyadan şəkillər çəkmək istəyəndə Moskva polisi ona mane olub. Polislər əməkdaşımızı saxlayıblar, sənədlərini yoxladıqdan sonra azad ediblər.

Geri qayıt